Serdar Hüseyn: "Türk dövlətlərindən olan gənclərə kosmik sahədə təhsil verməyi planlaşdırırıq"

Serdar Hüseyn: "Türk dövlətlərindən olan gənclərə kosmik sahədə təhsil verməyi planlaşdırırıq" "2024-cü ilin aprel ayında türk dövlətlərindən olan gənclərə kosmik sahədə təhsil verməyi planlaşdırırıq".
İKT
4 Oktyabr , 2023 19:46
Serdar Hüseyn: Türk dövlətlərindən olan gənclərə kosmik sahədə təhsil verməyi planlaşdırırıq

"2024-cü ilin aprel ayında türk dövlətlərindən olan gənclərə kosmik sahədə təhsil verməyi planlaşdırırıq".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyn səsləndirib.

O bildirib ki, proqram bu il baş tutub:

"Türk dövlətlərindən olan gəncləri Türkiyəyə gətirib onlara kosmik sahə ilə bağlı təhsil verməyi planlaşdırırıq. Bu il belə bir proqram həyata keçirdik, növbəti proqramın isə 2024-cü ildə aprel ayında keçirilməsi planlaşdırılır. Hazırlıqlar bu gün təşkil edilən iclasda müzakirə edildi.

Ümumiyyətlə, Bakıda keçirilən kosmos konqresi çox əhəmiyyətli görüşlərə səbəb olub. Burada çox güclü heyətlə iştirak edirik, həm Türkiyə Kosmik Agentliyi olaraq buradayıq, həm də bərabər çalışdığımız bir çox şirkətin nümayəndələri gəlib. Agentliyimizin "Azərkosmos"la bir çox müştərək layihələri var".

Son xəbərlər

Orphus sistemi