Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Selçuk Bayraktar "TEKNOFEST Azərbaycan" festivalının keçiriləcəyi ərazidə olub.
"Report" xəbər verir ki, o, festivalda iştirak edəcək startaplara baş çəkib.
S.Bayraktara bildirilib ki, "TEKNOFEST Azərbaycan" çərçivəsində Bakıda keçiriləcək "Takeoff Baku" müsabiqəsinin qaliblərinə yüksək məbləğdə mükafat veriləcək. O cümlədən, I yeri tutacaq startap 15 min dollar mükafat, II yeri tutan startap 10 min dollar, 3-cü yeri tutan startap isə 5 min dollar mükafat alacaq.
Daha sonra qonaq media nümayəndələri ilə ərazini gəzib və jurnalistlərin suallarını cavablandırıb.
Texniki direktor 6 startapla yaxından tanış olduğunu və bütün ideyalarla tanış olduqdan sonra onun diqqətini cəlb etmiş stratapı açıqlaya biləcəyini qeyd edib.