“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı azalmaqda davam edir

İKT
  • 03 sentyabr, 2024
  • 07:42
“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı azalmaqda davam edir

Bu ilin avqust ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 29,27 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin avqust hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 3,35 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 6,7 faiz bəndi azdır. Şirkətin bazar payı ardıcıl olaraq ikinci aydır azalmaqda davam edir.

İkinci pillədəki adları açıqlanmayan brendlərin payı müvafiq olaraq 5,97 faiz bəndi və 8,5 faiz bəndi artaraq 22,77 % olub.

Növbəti sıradakı “Xiaomi”nin bazar payı müvafiq olaraq 4,93 faiz bəndi və 3,6 faiz bəndi azalaraq 22,45 % olub.

Dördüncü pillədə qərarlaşan “Apple”ın bazar payı müvafiq olaraq 2,68 faiz bəndi artaraq və 0,03 faiz bəndi azalaraq 17,06 % təşkil edib.

İlk beşliyi 3,29 % bazar payı ilə “Honor” qapayır. Şirkətin bazar payı əvvəlki aya nisbətən 0,12 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,78 faiz bəndi artıb.

44 filmi