“Samsung” Azərbaycanın planşet bazarındakı payının 17 %-ni itirib

İKT
  • 04 oktyabr, 2024
  • 12:08
“Samsung” Azərbaycanın planşet bazarındakı payının 17 %-ni itirib

Bu ilin sentyabr ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 45,58 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin sentyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 1,64 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 9,46 faiz bəndi azdır. Beləliklə də şirkət ötən ilin sentyabrına nisbətən bazar payının 17 %-ni itirib.

İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq 4,07 faiz bəndi, illik isə 1,14 faiz bəndi artaraq 30,48 % təşkil edib.

Üçüncü pillədəki “Xiaomi”nin bazar payı aylıq 1,2 faiz bəndi azalaraq, illik isə 3,39 faiz bəndi artaraq 8,8 % olub.

Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 1,62 faiz bəndi azalaraq, illik isə 2,19 faiz bəndi artaraq 6,03 % təşkil edib.

İlk beşliyi 5,1 %-lik bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 1,57 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 5,09 faiz bəndi artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti