“Samsung” Azərbaycanın mobil cihaz bazarındakı payının 38 %-ni itirib
- 12 fevral, 2024
- 09:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 27,11 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin yanvar hesabatına istinadən verdiyi məlumata görə, bu, ilin əvvəlinə nisbətən 4,05 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 16,71 faiz bəndi azdır. Beləliklə şirkət son bir ildə mobil cihazlar bazarındakı payının 38 %-ni itirib.
İkinci pillədəki tanınmayan brend bazar payını müvafiq olaraq 6,66 faiz bəndi və 29,14 faiz bəndi artıraraq 29,81 %-ə çatdırıb.
Növbəti sıradakı “Xiaomi”nin bazar payı müvafiq olaraq 2,68 faiz bəndi və 12,45 faiz bəndi azalaraq 20,68 %-ə enib.
Dördüncü pillədə qərarlaşan “Apple”iın bazar payı müvafiq olaraq 0,65 faiz bəndi və 0,40 faiz bəndi artaraq 16,48 % təşkil edib.
İlk beşliyi 1,74 % bazar payı ilə “Huawei” qapayır. Şirkətin bazar payı ilin əvvəlinə nisbətən 0,30 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,53 faiz bəndi azalıb.