Samir Məmmədov: "Azərbaycanda kibertəhlükəsizlik sahəsində ciddi addımlar atılacaq"

Samir Məmmədov: "Azərbaycanda kibertəhlükəsizlik sahəsində ciddi addımlar atılacaq" Son illər Azərbaycan kiberhücumlara məruz qalıb.
İKT
16 Mart , 2024 13:12
Samir Məmmədov: Azərbaycanda kibertəhlükəsizlik sahəsində ciddi addımlar atılacaq

Son illər Azərbaycan kiberhücumlara məruz qalıb.

"Report" xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Xl Qlobal Bakı Forumu çərçivəsində "Süni intellekt və dronlar əsrində yəni təhlükəsizlik paradiqması" mövzusunda keçirilən panel iclasda çıxışı zamanı deyib.

"Ümumiyyətlə dünyada kiberhücumlar getdikcə artır. Ona görə də bu sahədə ekspertlərə ehtiyac və kibertəhlükəsizlik sahəsində həyata kəçiriləcək tədbirlər yeni strategiyalara uyğun aparılmalı", - nazir müavini bildirib.

S. Məmmədov əlavə edib ki, Azərbaycan bu istiqamətdə ciddi addımlar atır: "Kibertəhlükəsizlik sahəsində insan kapitalı getdikcə inkişaf edəcək. Biz daha ciddi addımlar ataraq, ekspertlərin sayını artıracağıq".

Xatırladaq ki, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası Prezidentin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi