Rəşad Nəbiyev Ağstafada vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Ağstafada vətəndaşları qəbul edib Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağstafada vətəndaşları qəbul edib.
İKT
11 Mart , 2022 17:23
Rəşad Nəbiyev Ağstafada vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağstafada vətəndaşları qəbul edib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, qəbuldan əvvəl nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Görüşdə Ağstafa ilə yanaşı, Qazax və Tovuz rayon sakinlərinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib. R.Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun, operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində həllini tapıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndəriləcək.

Son xəbərlər

Orphus sistemi