Rəqəmsal inkişaf və nəqliyyat naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Yevlaxda vətəndaşları qəbul edəcək Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyunun 16-sı saat 10:00-da Yevlax şəhəri Nizami prospekti, 61 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində Yevlax, Bərdə, Tərtər, Goranboy rayonları və Mingəçevir şəhərinin sakinlərini qəbul edəcək.
İKT
9 İyun , 2022 15:43
Rəqəmsal inkişaf və nəqliyyat naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyunun 16-sı saat 10:00-da Yevlax şəhəri Nizami prospekti, 61 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində Yevlax, Bərdə, Tərtər, Goranboy rayonları və Mingəçevir şəhərinin sakinlərini qəbul edəcək.

Bu barədə "Report" nazirliyə istinadən xəbər verir.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün iyunun 15-i tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655), elektron poçtu ([email protected]) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi