Qlobal mobil tətbiqetmələr sektorunun gəlirləri 32% artıb

Qlobal mobil tətbiqetmələr sektorunun gəlirləri 32% artıb Ən çox gəlir əldə edən mobil tətbiqlər Çinin “TikTok”, ABŞ-ın “YouTube” və “Tinder” platformaları olub
İKT
5 Oktyabr , 2020 15:30
Qlobal mobil tətbiqetmələr sektorunun gəlirləri 32% artıb

Bu ilin III rübündə qlobal miqyasda mobil tətbiqetmələr sektorunda istehlakçı xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 32% artaraq 29,3 mlrd ABŞ dollarına çatıb.

“Report” “Sensor Tower”a istinadən xəbər verir ki, eyni dövrdə “App Store” və “Google Play” vasitəsi ilə yükləmələr isə illik müqayisədə 23,3% artaraq 36,5 milyard ABŞ dollarına yüksəlib.

Məlumata görə, bu ilin III rübündə satınalmalar, abunəliklər və premium tətbiqlərə istehlakçı xərcləri “Apple” şirkətinin “App Store” platforması vasitəsi ilə 19 mlrd ABŞ dolları (31% çox), “Google Play” platformasında isə 10,3 mlrd ABŞ dolları (33,8% çox) təşkil edib.

Hesabat dövründə qeyri-oyun kateqoriyasında ən çox gəlir əldə edən mobil tətbiqlər Çinin “TikTok” (illik müqayisədə 800% çox), ABŞ-ın “YouTube” (59%) və “Tinder” (5% çox) platformaları olub.

Bu ilin III rübdə mobil oyun bazarının gəlirləri illik müqayisədə 26,7% artaraq 20,9 milyard ABŞ dollarına yüksəlib ki, bu gəlirlərin yarıdan çoxu “App Store” vasitəsi ilə əldə edilib.

Eyni dövrdə oyun kateqoriyasında ən çox gəlir əldə edən mobil tətbiqlər Çinin “Honor of Kings” (illik 65% çox) və “PUBG Mobile” (28% çox), eləcə də Yaponiyanın “Pokemon”(29% çox) oyunları olub.

Son xəbərlər

Orphus sistemi