Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş "Əbədi sevgi" adlı tədbir keçirilib

Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş "Əbədi sevgi" adlı tədbir keçirilib Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə iki poçt markası hazırlanıb.
İKT
9 May , 2023 17:51
Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş Əbədi sevgi adlı tədbir keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş "Əbədi sevgi" adlı tədbir təşkil olunub.

"Report" xəbər verir ki, Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra "Prezident Heydər Əliyev" tankeri və Ro-Pax tipli "Zərifə Əliyeva" gəmi-bərəsinin göyərtələrində xalq artisti Nəzakət Teymurovanın ifa etdiyi "Küçələrə su səpmişəm" xalq mahnısına çəkilmiş videoklip nümayiş edilib.

Tədbirdə ASCO-nun təşəbbüsü ilə hazırlanmış "Prezident Heydər Əliyev" tankerinin və Ro-Pax tipli "Zərifə Əliyeva" gəmi-bərəsinin poçt markaları da təqdim edilib. ASCO-nun sədri Rauf Vəliyev poçt markalarının möhürlənməsi prosedurunu həyata keçirib.

R. Vəliyev çıxışında həm Ulu Öndər Heydər Əliyevin, həm də görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarının icrası ilə əlaqədar ASCO-da keçirilən tədbirlərdən danışıb. Bildirib ki, çoxminli ASCO kollektivi hər iki görkəmli azərbaycanlı şəxsiyyəti daim böyük hörmət və ehtiramla anır, onların Vətənimiz və xalqımız üçün xidmətlərini xüsusi minnətdarlıqla xatırlayırlar.

Tədbir çərçivəsində ASCO-nun sifarişi ilə yazılmış "Ulu öndər Heydər Əliyev və Milli Gəmiçilik Siyasəti" kitabının təqdimatı da olub.

Tədbir xalq artisti Nəzakət Teymurova və onun yaratdığı "Xarı bülbül" muğam qrupunun iştirakı ilə konsert proqramı ilə davam edib. Konsertdə Ulu Öndərin sevdiyi mahnılar oxunub.

"Əbədi sevgi" tədbiri çərçivəsində Ümummili Lider Heydər Əliyev və Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu və zəngin fəaliyyətinə həsr olunmuş foto-sərgi də təşkil edilib. Qonaqlar sərgini böyük maraqla izləyiblər.

Tədbirdə ASCO rəhbərliyi və əməkdaşları ilə yanaşı, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbər şəxsləri, millət vəkilləri də iştirak ediblər.

17:51

Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə iki poçt markası hazırlanıb.

"Report" xəbər verir ki, həmin markaların üzərində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) ən böyük gəmiləri olan "Prezident Heydər Əliyev" və "Zərifə Əliyeva" gəmilərinin şəkilləri həkk olunub.

Poçt markaları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə "Azərpoçt" MMC tərəfindən Belarusda çap edilib.

Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə keçirilən "Əbədi sevgi" adlı tədbirdə markalar ASCO-nun sədri Rauf Vəliyev tərəfindən möhürlənib.

R.Vəliyev bildirib ki, Heydər Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ni dağılmaqdan qoruyub:

"90-cı illərdə ASCO dağılmaq təhlükəsi ilə üz-üzə idi. Məhz Ümummilli Lider onu dağılmaqdan qorudu. Ötən gün mən Azərbaycan nümayəndə heyəti ilə Həştərxanda idim. Orada olanlar Ümummilli Lideri çox gözəl xatirələrlə xatırlayır. Hətta bizə yaxınlaşıb bildirdilər ki, siz xoşbəxt millətsiniz belə lideriniz olub".

Son xəbərlər

Orphus sistemi