Pakistanın aparıcı İT şirkətlərinin Azərbaycanda fəaliyyət imkanları müzakirə olunub

Pakistanın aparıcı İT şirkətlərinin Azərbaycanda fəaliyyət imkanları müzakirə olunub Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Pakistan İslam Respublikasına səfəri çərçivəsində ticari əlaqələr, informasiya texnologiyaları və telekommunikasiya sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
İKT
18 İyul , 2023 16:05
Pakistanın aparıcı İT şirkətlərinin Azərbaycanda fəaliyyət imkanları müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Pakistan İslam Respublikasına səfəri çərçivəsində ticari əlaqələr, informasiya texnologiyaları və telekommunikasiya sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Müzakirələr R. Nəbiyevin Pakistanın ticarət naziri Syed Navid Qəmər və informasiya texnologiyaları və telekommunikasiya naziri Syed Amin Ul Haque ilə keçirilən görüşlərdə baş tutub. Nazir Azərbaycanda kibertəhlükəsizlik, əhalinin sürətli genişzolaqlı internetə çıxış imkanlarının artırılması və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verib.

Görüşlərdə hər iki ölkə arasında ticarət və İKT sahəsində əlaqə və təcrübə mübadilələrinin gələcəkdə də inkişaf edəcəyinə əminlik ifadə olunub.

R. Nəbiyev daha sonra Pakistanın aparıcı İT şirkətlərinin rəhbərləri ilə görüşüb. Bu şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün yaradılmış güzəştlər, imkanlar və üstünlüklər barədə müzakirələr aparılıb.

Görüşlər zamanı, həmçinin ölkələr arasında informasiya mübadiləsinin təşviqi və yeni işgüzar əlaqələrin qurulması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.

Səfər zamanı Azərbaycanın Pakistandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

Son xəbərlər

Orphus sistemi