Kibertəhlükəsizlik kompleks məsələdir və burada güclər birləşdirilməlidir.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının və Avropa Şurasının birgə açıqladığı “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” analitik hesabatının təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov bildirib.
"Kibertəhlükəsizlik üçün ilk növbədə təhsil sistemində - orta və ali məktəblərdə lazımi biliklər aşılanmalıdır. Bu isə insan amilini aradan qaldırmağa imkan verəcək. Dövlət orqanlarının nə qədər böyük resursu olsa da, bütün təhdidlərin qarşısını almaq imkanında deyil. Heç bir dövlətin bu qədər məhdudiyyətsiz resursu yoxdur. Ona görə də vətəndaşların bu sahədə bilikli və bacarıqlı olması vacibdir. Bununla yanaşı biznesin də bu sahədə səriştə və bacarıqları formalaşmasıdır. Biz özəl sektorun bu sahədə səriştəsinin formalaşmasını önəmsəyirik. Təkcə 2022-ci ildə kiberhücumlar nəticəsində qlobal iqtisadiyyata 8 trilyon ABŞ dolları ziyan vurulub", - deyə o qeyd edib.