Rəqəmsal kanallarla müştəri xidmətlərini abunəçiləri üçün daha rahat və əlçatan edən “Nar+” tətbiqindən istifadə edənlərin sayında xüsusi artım qeydə alınıb. Gündəlik olaraq tətbiqdən yararlananların sayında 127% artım müşahidə olunub. Hesaba rəqəmsal nəzarət imkanı verən “Nar+” tətbiqinin yüklənmə sayı artıq yarım milyonu ötüb.
Xidmətdən istifadə edənlərin sayına görə paytaxt Bakı 60%-lik göstərici ilə ilk sıradadır. 2-ci yerdə isə Sumqayıtda yaşayan abunəçilər dayanır.
Qeyd edək ki, müştəriyönümlü strategiyanın bir hissəsi olan “Nar+” tətbiqi abunəçilərə Çağrı Mərkəzlərinə müraciət etmədən bir çox mühüm əməliyyatları yerinə yetirməyə imkan verir. Tətbiq vasitəsilə bir neçə saniyə ərzində yeni internet paketini sifariş etmək, tariflər haqqında məlumat əldə edib, ən uyğun tarifə qoşulmaq, mövcud tarifi dəyişmək, hesab üzrə izahlı qaimə əldə etmək, eyni zamanda vahid platforma üzərindən 5-dək hesaba nəzarət etmək mümkündür. Statistikaya əsasən, abunəçilərin “Nar+” tətbiqində ən çox müraciət etdiyi funksiyalar balans və bonusların yoxlanması, internet paketlərinin sifarişi, yeni tarifin aktivizasiyası və ya dəyişdirilməsidir.
“Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.