Mustafa Varank: "Azərbaycanda Türkiyənin texnologiya parklarına bənzəri qurulacaq"

Mustafa Varank: "Azərbaycanda Türkiyənin texnologiya parklarına bənzəri qurulacaq" Azərbaycanda Türkiyənin texnologiya parklarına bənzəri qurulacaq.
İKT
26 May , 2022 13:07
Mustafa Varank: Azərbaycanda Türkiyənin texnologiya parklarına bənzəri qurulacaq
Mustafa Varank

"Azərbaycanda Türkiyənin texnologiya parklarına bənzəri qurulacaq".

Bunu "Report" a Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq protokolu imzalanacaq: "Məqsəd startapların gəlməsi və onların inkişaf etdirilməsidir".

O əlavə edib ki, KOB-larla bağlı bir müqavilə imzalanacaq: "Ümumiyyətlə, iki ölkə arasında iqtisadi əməkdaşlığı genişləndirilməsinə dair 3-4 müqavilə imzalayacağıq".

Qeyd edək ki, Azərbaycanda Yüksək Texnologiyalar Parkı Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Milli Elmlər Akademiyası nəzdində yaradılıb. AMEA Yüksək Texnologiyalar Parkının yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır.

Son xəbərlər

Orphus sistemi