Moşe Yaalon: “Kibertəhlükəsizlik texnologiyalarına daha çox sərmayə qoyulmasına ehtiyac var"

Moşe Yaalon: “Kibertəhlükəsizlik texnologiyalarına daha çox sərmayə qoyulmasına ehtiyac var" “Dövlətlərin təhlükəsizliklərini qoruması üçün kibertəhlükəsizlik texnologiyalarına daha çox sərmayə qoymasına ehtiyac var”.
İKT
21 Sentyabr , 2022 11:50
Moşe Yaalon: “Kibertəhlükəsizlik texnologiyalarına daha çox sərmayə qoyulmasına ehtiyac var

“Dövlətlərin təhlükəsizliklərini qoruması üçün kibertəhlükəsizlik texnologiyalarına daha çox sərmayə qoyulmasına ehtiyac var”.

“Report” xəbər verir ki, bunu İsrail Baş nazirinin keçmiş müavini və müdafiə naziri Moşe Yaalon “Kibertəhlükəsiz iqtisadiyyat: islahatlar, innovativ yanaşmalar və həll yolları” adlı konfransda deyib.

“Bu gün vacib texnoloji sistemlər barədə danışırıq, çünki kibertəhlükəsizlik hər birimiz üçün aktualdır. İndi bütün dövlət sistemlərini - hökumət, mülki, hərbi - qorumaq üçün süni intellektdən istifadə etməyin zamanı yetişib”, - o vurğulayıb.

Onun sözlərinə görə, İsrail və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlığı davam etdirir və kibertəhlükəsizlik onlardan biridir: “Rusiya və İran kimi, iki nəhəng qonşusu olan Azərbaycan çətin dövrlərdən, müharibədən keçib”.

İsrail hazırda yüksək texnologiyalara, həmçinin kibertəhlükəsizliyin səviyyəsinin artırılması məsələlərinə xüsusi əhəmiyyət verir. M.Yaalonun fikrincə, yeni texnologiyalar nəinki kibercinayətkarlıqla mübarizə aparmağa, həm də onları törədənləri tapmağa kömək edəcək: “İndi biz sanki müharibədəyik. Burada fiziki düşmən yoxdur, lakin kiberhücumlar var. Onlar yüksək sürətlə baş verir və çox təhlükəlidir. Biz görünməyən və çox təhlükəli düşmənlə üz-üzəyik”.

Son xəbərlər

Orphus sistemi