“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kibertəhlükəsizlik sahəsində təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır”.
“Report” xəbər verir ki, bunu BƏƏ Hökumətinin Kibertəhlükəsizlik Departamentinin rəhbəri Məhəmməd Əl Küveyt Bakıda keçirilən GSMA M360 EURASIA 2023 beynəlxalq konfransın iştirakçılarına videomüraciətində deyib.
Onun sözlərinə görə, hazırda BƏƏ kibertəhlükəsizlik kontekstində qabaqcıl ölkələrdən biri hesab olunur ki, bu da rəqəmsal iqtisadiyyatın artımını təmin edir.
"Tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində ən yaxşı beynəlxalq təcrübələr qəbul edilir. Bu mövzu artan təhlükəsizlik təhdidləri ilə əlaqədar olaraq bizim üçün prioritetdir", - o deyib.
M. Əl Küveyt vurğulayıb ki, kibertəhlükəsizliklə bağlı problemləri həll etmək üçün onların qarşısının alınması və fəsadlarının aradan qaldırılması üçün dəqiq tədbirlər planının olması təmin edilməlidir.