Koreyalı nazir azərbaycanlı tələbəni qəbul edib

Koreyalı nazir azərbaycanlı tələbəni qəbul edib Bu gün Cənubi Koreyanın paytaxtı Seulda Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən burada magistratura təhsili alan 20-30 yaşlı dövlət qulluqçuları ilə görüş keçirilib.
İKT
9 Dekabr , 2022 14:28
Koreyalı nazir azərbaycanlı tələbəni qəbul edib

Bu gün Cənubi Koreyanın paytaxtı Seulda Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən burada magistratura təhsili alan 20-30 yaşlı dövlət qulluqçuları ilə görüş keçirilib.

"Report" xəbər verir ki, Koreyanın Kadr idarəetmə naziri Kim Sonq Ho rəhbərliyi ilə, 8 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə, dövlət idarəçiliyi, gənclər siyasəti, kadrların idarə olunması, İKT, innovasiyalar və bir sıra sahələr üzrə fikir mübadilələri aparılıb. Həmçinin kadrların idarə olunmasında innovativ həllərin tətbiqi və Koreya təcrübəsinin paylaşılması ilə əlaqədar gələcəkdə ölkələr arası tərəfdaşlığa xüsusi diqqət yetirilməsi vurğulanıb.

Azərbaycanı Sunqkyunkvan Universitetində “Dövlət idarəetməsi” magistratura proqramında təhsil alan Rüstəm Abdullazadə təmsil edib. Onu Koreyaya KOİCA Təqaüd Proqramı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi göndərib.

Son xəbərlər

Orphus sistemi