Koreya Azərbaycana mobil telefon ixracını 40 dəfədən çox artırıb

İKT
  • 20 aprel, 2022
  • 12:44
Koreya Azərbaycana mobil telefon ixracını 40 dəfədən çox artırıb

Bu ilin ilk iki ayında Azərbaycana xaricdən 45,55 milyon ABŞ dolları dəyərində 232 min 154 ədəd mobil telefon gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 4,1 %, kəmiyyət olaraq – 22,3 % azalıb.

Hesabat dövründə Çindən 25,98 milyon ABŞ dolları dəyərində 128 min 424 ədəd, Vyetnamdan 12,79 milyon ABŞ dolları dəyərində 74 min 348 ədəd, Hindistandan 6,45 milyon ABŞ dolları dəyərində 29 min 025 ədəd, Koreyadan 305,69 min ABŞ dolları dəyərində 346 ədəd, Amerika Birləşmiş Ştatlarından 12,06 min ABŞ dolları dəyərində 10 ədəd, Almaniyadan 2,52 min ABŞ dolları dəyərində 1 ədəd cihaz alınıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə Çindən tədarük müvafiq olaraq 12,7 % və 33,5 % azalıb, Vyetnamdan – 4,9 % artıb və 7,3 % azalıb, Hindistandan – 18,7 % və 14,7 % artıb, Koreyadan – 22,7 dəfə və 43,3 dəfə artıb, Amerika Birləşmiş Ştatlarından – 4,5 dəfə və 3,3 dəfə artıb, Almaniyadan – 71,1 % və 66,7 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti