İRİA: Azərbaycanda abunəçinin kommunal məlumatlarında dəyişiklik edilir

İRİA: Azərbaycanda abunəçinin kommunal məlumatlarında dəyişiklik edilir Azərbaycanda 1,3 milyona yaxın abunəçinin kommunal məlumatlarında dəyişiklik aparılıb.
İKT
4 Dekabr , 2024 16:53
İRİA: Azərbaycanda abunəçinin kommunal məlumatlarında dəyişiklik edilir
Rəşad Xalıqov

Azərbaycanda 1,3 milyona yaxın abunəçinin kommunal məlumatlarında dəyişiklik aparılıb.

“Report” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqov "Caspian Energy Club"ın təşkilatçılığı ilə Bakıda keçirilən I Beynəlxalq "Caspian Innovation Forum"da deyib.

R. Xalıqov qeyd edib ki, xidmətlərin rəqəmsallaşdırılması zamanı ən ciddi problemlərdən biri məlumatların etibarlılığıdır: “Dövlət informasiya sistemlərindəki məlumatların təmizlənməsi ilə bağlı bir neçə dövlət qurumu ilə birgə iş aparılır. Bu tədbirlər çərçivəsində 13 milyondan çox qeyd (rekord) üzrə FİN məlumatları yenilənib və təmizlənib".

Onun sözlərinə görə, eyni zamanda, kommunal xidmətlərə aid məlumatların dəqiqləşdirilməsi üzərində də işlər görülür: "Nəticədə Azərbaycanda 1,3 milyona yaxın abunəçinin kommunal məlumatlarında dəyişiklik edilib”.

Son xəbərlər

Orphus sistemi