“Google”un Azərbaycandakı bazar payı 8 %-dən çox azalıb

İKT
  • 06 yanvar, 2025
  • 08:36
“Google”un Azərbaycandakı bazar payı 8 %-dən çox azalıb

Ötən ilin dekabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) “Google” axtarış sisteminin bazar payı 84,75 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin dekabr hesabatına istinadən verdiyi məlumata görə, bu, noyabr ayına nisbətən 0,57 faiz bəndi çoxdur, bir il əvvəlki göstərici ilə müqayisədə 7,71 faiz bəndi azdır. Bu axtarış sisteminin bazar payı 2023-ci ilin dekabrına nisbətən 8,3 % azalıb.

İkinci pillədəki “Yandex”in bazar payı ay ərzində 0,63 faiz bəndi azalaraq, illik isə 7,17 faiz bəndi artaraq 13,4 % olub.

Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı noyabr ayına nisbətən 0,11 faiz bəndi azalaraq, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 0,21 faiz bəndi artaraq 1,08 %-ə çatıb.

Dördüncü yerdəki “Yahoo”nun bazar payı əvvəlki aya nisbətən 0,01 faiz bəndi azalaraq, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,19 faiz bəndi artaraq dekabrda 0,42 % təşkil edib.

İlk beşliyi qapadan “DuckDuckGo”nun bazar payı ay ərzində 0,02 % azalaraq, 2023-cü ilin dekabr ayı ilə müqayisədə 0,18 faiz bəndi artaraq 0,33 % olub.

Son xəbərlər

Bütün Xəbər Lenti