“Google” Azərbaycandakı bazar payını itirməkdə davam edir

İKT
  • 05 dekabr, 2024
  • 08:20
“Google” Azərbaycandakı bazar payını itirməkdə davam edir

Bu ilin noyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) “Google” axtarış sisteminin bazar payı 84,18 %-ə enib.

“Report”un “Statcounter” agentliyinin noyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, oktyabr ayına nisbətən 0,09 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 7,72 faiz bəndi azdır. Bu axtarış sisteminin bazar payı ardıcıl olaraq 5 aydır azalır.

İkinci pillədəki “Yandex”in bazar payı ay ərzində 0,16 faiz bəndi, illik isə 7,26 faiz bəndi artaraq 14,03 %-ə çatıb.

Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı oktyabra nisbətən 0,03 faiz bəndi azalaraq, ötən ilin noyabr ayı ilə müqayisədə 0,23 faiz bəndi artaraq 0,97 % olub.

Dördüncü yerdəki “Yahoo”nun bazar payı əvvəlki aya nisbətən 0,03 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,13 faiz bəndi artaraq 0,43 % təşkil edib.

İlk beşliyi qapadan “DuckDuckGo”nun bazar payı oktyabr ayına nisbətən dəyişməz olaraq qalıb, 2023-cü ilin noyabr ayı ilə müqayisədə 0,14 faiz bəndi artaraq 0,35 % olub.

Son xəbərlər

Bütün Xəbər Lenti