Gədəbəy rayonunun kəndində GPON texnologiyasının tətbiqinə başlanılıb

Gədəbəy rayonunun kəndində GPON texnologiyasının tətbiqinə başlanılıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom” MMC Gədəbəy rayonunun Slavyanka kəndində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb.
İKT
23 Dekabr , 2022 16:53
Gədəbəy rayonunun kəndində GPON texnologiyasının tətbiqinə başlanılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom” MMC Gədəbəy rayonunun Slavyanka kəndində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Məlumata görə, kənddə 1004 ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib. Hazırda 124 abunəçi bu xidmətlərdən yararlanır və yeni qoşulmalar davam edir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə 35), həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində nazirliyin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Son xəbərlər

Orphus sistemi