Fərid Osmanov: "Mərkəzi Bank kibertəhlükəsizlik aspektlərini gücləndirməyin yollarını düşünür"

Fərid Osmanov: "Mərkəzi Bank kibertəhlükəsizlik aspektlərini gücləndirməyin yollarını düşünür" Azərbaycan Mərkəzi Bankı (AMB) kibertəhlükəsizlik aspektlərini gücləndirməyin yollarını düşünür.
İKT
30 Noyabr , 2023 15:36
Fərid Osmanov: Mərkəzi Bank kibertəhlükəsizlik aspektlərini gücləndirməyin yollarını düşünür
Fərid Osmanov

Azərbaycan Mərkəzi Bankı (AMB) kibertəhlükəsizlik aspektlərini gücləndirməyin yollarını düşünür.

"Report" xəbər verir ki, bunu AMB-nin baş direktoru Fərid Osmanov bu gün Bakıda keçirilən "Inmerge" İnnovasiya Sammiti çərçivəsində keçirilən "Açıq Bankçılıq və API Qaydaları: Təhlükəsiz Məlumat Paylaşımını və Ödəniş İnnovasiyasını təmin etmək" adlı paneldə deyib.

O bildirib ki, açıq bankçılıq maliyyə inklüzivliyini artıracaq: "Hazırda Azərbaycanda açıq bankçılıq mövcuddur və bunun hüquqi fundamenti var. "Açıq bankçılıq" anlayışını tətbiq etməklə maliyyə qurumları bank tərəfdaşları və üçüncü tərəflərlə sürətli və effektiv əlaqə quraraq müştərilərə daha yaxşı xidmət göstərmək üçün ekosistemlərini genişləndirə bilərlər. Eyni zamanda müştəri davranış qaydalarını izləyib, təhlil etməklə müştəri xidmətlərini daha da inkişaf etdirə bilərlər".

Son xəbərlər

Orphus sistemi