Elmir Vəlizadə: "Ermənilər müharibədən sonra kibertəhdidləri artırıblar"

Elmir Vəlizadə: "Ermənilər müharibədən sonra kibertəhdidləri artırıblar" Ermənilər II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra kibertəhdidləri artırıblar.
İKT
26 Aprel , 2023 11:36
Elmir Vəlizadə: Ermənilər müharibədən sonra kibertəhdidləri artırıblar
Elmir Vəlizadə

Ermənilər II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra kibertəhdidləri artırıblar.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının və Avropa Şurasının birgə açıqladığı “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” analitik hesabatının təqdimatında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə bildirib.

"Ermənistanla yanaşı İran da ölkəmizə qarşı kiberhücumlar təşkil edir. Azərbaycanda kibertəhlükəsizliyə xüsusi diqqət yetirilməsinin səbəblərindən biri Ermənistan və İranın ölkəmizə qarşı təhdidləridir. Onlar ötən illər ərzində ciddi fəsadlar yaratmağa nail olmasalar da, bu cinayətkar fəaliyyətlərindən əl çəkmirlər. Xüsusən də 44 günlük Vətən müharibəsi dövründə cəbhədə ardıcıl məğlubiyyətə düçar olan ermənilər sərhədyanı bölgədə əhali arasında həyəcan yaratmaq, təxribatlar törətmək məqsədilə rabitə vasitələri ilə dövlət qurumlarının, bankların adından yalan məlumat yayır, dövlət xidmətləri göstərən sistemlərin işlərinə müdaxilələrə cəhd edirdilər. Lakin bütün cəhdlərin qarşısı vaxtında alınırdı", - deyə o qeyd edib.

"Beynəlxalq Telekommunikasiya İttifaqının 2020-ci ildə hazırladığı sonuncu Kibertəhlükəsizlik üzrə indeksdə Azərbaycan 169 ölkə arasında 15 pillə irəliləyərək 40-cı yerə yüksəlib. Bu hesabatda İsrail 36-cı, İsveçrə 42-ci, Gürcüstan 55-ci yeri tutub", - deyə sektor müdiri əlavə edib.

Son xəbərlər

Orphus sistemi