“Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərindən sonra dünyanın bir sıra sosial şəbəkə platformaları və servislərində də problemlər yaranıb.
“Report” xəbər verir ki, bu barədə "Downdetector" məlumat yayıb.
Qeyd olunub ki, “VKontakte”, “Netflix”, “Zoom”, “YouTube”, “Viber”, “Tinder”, “Snapchat” və “Gmail” elektron poçt xidmətinin də işində nasazlıqlar mövcuddur.
Bir neçə saat ərzində şikayətlərin sayı kəskin şəkildə artıb və hazırda “YouTube”, “Netflix”, “Zoom” və “Viber”in monitorinq xidməti qırmızı zonadadır.
Eyni zamanda “Gmail” elektron poçt xidmətinin istifadəçiləri proqramda problemlərin movcud olduğunu bildiriblər. İstifadəçilər onlara ünvanlanan məktubları qəbul edə bilmir. Bundan başqa, poçt xidmətinin veb-saytı da açılmır.
Rusiyadakı istifadəçilər isə qeyd edir ki, hazırda “VKontakte” sosial şəbəkəsinədəki hesablarına daxil ola bilmirlər.
Tviterdə də problem yaranmağa başlayıb. İstifadəçilər sosial şəbəkənin saytında və şərh yazma işlərində nasazlıqlar barədə məlumat veriblər.