Dünyada oğurluq istifadəçi məlumatları ilə kiber hücumların sayı 71 % artıb

İKT
  • 21 may, 2025
  • 13:56
Dünyada oğurluq istifadəçi məlumatları ilə kiber hücumların sayı 71 % artıb
Davud Rüstəmov

2024-cü ildə dünyada oğurlanmış istifadəçi məlumatları ilə həyata keçirilən kiberhücumların sayı 71 % artıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kibertəhlükəsizlik əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov Naxçıvanda keçirilən "Kiber Suverenlik" konfransında çıxışı zamanı deyib.

O, əhəmiyyət kəsb edən məlumatların sızmasına dair 2024-2025-ci illər üzrə qlobal statistikadan bəhs edərək bu sahədə ötən illə müqayisədə 10 % artım qeydə alındığını və bunun ən yüksək göstərici olduğunu vurğulayıb.

“Bütün məlumat sızmalarının 74 %-nin insan faktoru (səhvlər, sosial mühəndislik, daxili sui-istifadə) ilə bağlı olması bir daha keyfiyyətli kadr potensialına ehtiyacın aktuallığını göstərir”, - o bildirib.

Mərkəz rəisi tövsiyə olunan müdafiə strategiyalarını da diqqətə çatdırıb. 

Son xəbərlər

Bütün Xəbər Lenti