Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xidmətinin dayanıqlığının təmin edilməsi məqsədilə “Hökumət buludu”na keçid çərçivəsində ehtiyat məlumatlarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin məxsus Yevlax Data Mə
İKT
19 Dekabr , 2022 11:11
Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xidmətinin dayanıqlığının təmin edilməsi məqsədilə “Hökumət buludu”na keçid çərçivəsində ehtiyat məlumatlarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin məxsus Yevlax Data Mərkəzinə köçürür.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, bu, Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 3 iyun 2019-cu il tarixli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən reallaşdırılır.

Dövlət Vergi Xidməti artıq Yevlax Data Mərkəzində təqdim edilən İnfrastruktur və Rezervlənmə “bulud” xidmətlərini əldə edib. Qurum informasiya sistemlərini Data Mərkəzində qismən yerləşdirməklə kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsiz saxlanılması üçün xərclərin azaldılması kimi üstünlüklər qazanıb, rezervləmə xidmətinin çevik və sadə formada həyata keçirilməsi üçün xüsusi platforma ilə təmin edilib.

Son xəbərlər

Orphus sistemi