Dələduzlar "Azərpoçt"un adından saxta saytlar hazırlayıb

Dələduzlar "Azərpoçt"un adından saxta saytlar hazırlayıb Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin adından dələduzluq məqsədi ilə yenidən saxta saytların yaradıldığını aş
İKT
9 Yanvar , 2023 12:52
Dələduzlar Azərpoçtun adından saxta saytlar hazırlayıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin adından dələduzluq məqsədi ilə yenidən saxta saytların yaradıldığını aşkarlayıb.

Bu barədə “Report”a Mərkəzdən məlumat verilib.

Məlumata görə, dələduzlar hxxp://w.praiseplaintiff.cn/azerpostaz/ və hxxps://sbphnz.cyou/1ugBk50I/azerpostaz/ saytlarını yaradıb.

“Bu dəfə dələduzlar "sual-cavab nəticəsində "Azərpoçt"dan 600 manat qazanmaq imkanı" adı ilə şirnikləndirici saxta kampaniya başladıb. Vətəndaşlar belə saxta kampaniyalara aldanmamaq, kart və fərdi məlumatlarını saxta saytlara əlavə etməmələri üçün reklam edilən kampaniyalara keçid zamanı səhifənin domen adını diqqətlə yoxlamalıdırlar. Bu kimi kampaniyalarla qarşılaşdıqda, kiberdələduzluq faktının analizi və yaradılmış saxta domenlərin zərərsizləşdirilməsi üçün CERT-ə məlumat verə bilər”, - deyə Mərkəz bəyan edib.

Son xəbərlər

Orphus sistemi