Britaniya səfiri: "Azərbaycana kibertəhlükəsizlik sahəsində dəstək göstərməyə hazırıq"

Britaniya səfiri: "Azərbaycana kibertəhlükəsizlik sahəsində dəstək göstərməyə hazırıq" Britaniya höküməti daim Azərbaycana kibertəhlükəsizlik sahəsinə dəstək göstərmək və əməkdaşlığa hazırdır.
İKT
21 Sentyabr , 2023 12:34
Britaniya səfiri: Azərbaycana kibertəhlükəsizlik sahəsində dəstək göstərməyə hazırıq

Britaniya hökuməti daim Azərbaycana kibertəhlükəsizlik sahəsinə dəstək göstərməyə və əməkdaşlığa hazırdır.

"Report" xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səfiri Fergus Auld Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) bildirib.

Onun sözlərinə görə, Azərbaycanda son 3 ildə kibertəhlükəsizlik tədbirləri daha da gücləndirilib:

"Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə bir sıra önəmli sənədlər imzalayıb, ölkədə vacib qanunlar qəbul olunub, strategiya hazırlanıb. Azərbaycan kibertəhlükəsizlik dünyasına çox sürətlə inteqrasiya edir".

Xatırladaq ki, bu gün “Azərbaycanda “Kibertəhlükəsizlik günlərinə” başlanılıb. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları və özəl müəssisə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak edirlər. Konfransın ilk günündə kibertəhlükəsizliyin aktual problemləri və çağırışları üzrə dörd panel müzakirəsi keçirilib.

Son xəbərlər

Orphus sistemi