Bakının iki rayonunda genişzolaqlı internet xidmətinin göstərilməsinə başlanılıb

Bakının iki rayonunda genişzolaqlı internet xidmətinin göstərilməsinə başlanılıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Bakının Suraxan və Sabunçu rayonlarında genişzolaqlı internet xidmətinin göstərilməsinə başlayıb.
İKT
9 Dekabr , 2022 17:57
Bakının iki rayonunda genişzolaqlı internet xidmətinin göstərilməsinə başlanılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Bakının Suraxan və Sabunçu rayonlarında genişzolaqlı internet xidmətinin göstərilməsinə başlayıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində 14 iyul, 3-cü köndələn, 4-cü köndələn və “Zeytun sovxozu” küçələrində, Sabunçu rayonunun Ramana qəsəbəsinin Şuşa köçkün şəhərciyi, Hövsan qəsəbəsinin “Quşçuluq sovxozu” və “Zeytunluq sovxozu” yaşayış massivləri üzrə sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib.

Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində 1 025 ev təsərrüfatı yüksək sürətli internetlə (60%) əhatə edilib. Bundan əlavə, Sabunçu rayonunun Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində 8896 abunəlik şəbəkə tikilib. Hazırda 2105 abunəçi internet xidmətindən istifadə edir. Ərazinin 75%-lik hissəsində GPON texnologiyası əsasında kabelləşmə işləri aparılıb.

Suraxanı və Sabunçu rayonlarında aparılan tikinti işlərinin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi