“Azərpoçt” sabah gücləndirilmiş iş rejimində çalışacaq
İKT
- 06 fevral, 2024
- 12:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC sabah keçiriləcək prezident seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
"Report" bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, seçki günü respublika üzrə bütün poçt şöbələri növbəli iş qrafikində xidmət göstərəcək.
Seçki məntəqələri fasiləsiz poçt və maliyyə xidmətləri ilə təmin olunacaq.
Eyni zamanda növbəli iş qrafiki ilə çalışan poçt əməkdaşlarının seçki hüququndan istifadə etmələri üçün lazımi şərait yaradılacaq.
Vətəndaşlar hər hansı bir sualı olduğu halda "169" Çağrı Mərkəzi və qurumun rəsmi sosial şəbəkə hesabları vasitəsilə əlaqə saxlaya bilərlər.
Son xəbərlər
13:39
Foto
Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib
Fərdi13:36
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
Maliyyə13:36
Portuqaliya millisinin baş məşqçisi ilə Kriştianu Ronaldu arasındakı münaqişə həll olunub
Futbol13:31
Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
Analitika13:27
Foto
Zəngilanın Ağalı kəndində "Qarabağa qayıdış" adlı ilk Texnika Festivalı keçirilir
ASK13:14
"Xankəndi"nin yeni baş məşqçisi Röyal Nəcəfov: "Komandada fiziki və psixoloji problemlər var idi"
Futbol13:10
Video
Azərbaycanda hazırlanan KASIRGA şaquli qalxışlı kamikadze PUA ilk dəfə görüntülənib
Hərbi13:07
Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutulub
Hadisə13:05