Bu ilin yanvar-noyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 41 ölkəyə 24 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın dekabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,3 % azdır. “Azərkosmos” ixrac gəlirləri onun ümumi gəlirlərinin 82 %-ni təşkil edib.
11 ay ərzində ixracın ilk beşliyində isə 6 milyon ABŞ dolları ilə Böyük Britaniya, 5,3 milyon ABŞ dolları ilə Fransa, 4 milyon ABŞ dolları ilə Lüksemburq, 2,1 milyon ABŞ dolları ilə BƏƏ və 1,3 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.
Təkcə ötən ay isə “Azərkosmos” 34 ölkəyə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu isə ötən ilin noyabr ayına nisbətən 3 ölkə çox və 30,3 % azdır.