"Azexport"a sifarişlər sentyabrda 19 % azalıb

"Azexport"a sifarişlər sentyabrda 19 % azalıb Bu ilin sentyabr ayında "Azexport" portalına daxil olan ixrac sifarişlərinin dəyəri 35,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,75% azdır.
Biznes
31 Oktyabr , 2022 13:56
Azexporta sifarişlər sentyabrda 19 % azalıb

Bu ilin sentyabr ayında "Azexport" portalına daxil olan ixrac sifarişlərinin dəyəri 35,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,75% azdır.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın oktyabr sayında bildirilir.

Sənədə əsasən, bu ilin yanvar-sentyabr aylarında isə portala 356,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 3,1 % azdır.

2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 sentyabr tarixinə kimi (69 ay ərzində) isə "Azexport"a 145 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 3 milyard 048 milyon ABŞ dolları təşkil edib.

Sentyabrda "Azexport"a sifarişlərdə alma, xurma, qoz, pomidor, qurudulmuş meyvə, kərə yağı, mühərrik yağı, tikinti materialları, aliminium ərintiləri, buğda kəpəyi, düyü, nar, fındıq və s. məhsullar üstünlük təşkil edib.

Son xəbərlər

Orphus sistemi