"Azərkosmos"un ixrac gəlirləri 3 %-ə yaxın artıb

İKT
  • 30 aprel, 2026
  • 11:55
Azərkosmosun ixrac gəlirləri 3 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 4,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın aprel sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,5% çoxdur.

3 ayda peyk telekommunikasiya xidmətlərini 32 ölkədən 90-a yaxın şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 7 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (1,1 milyon ABŞ dolları), Lüksemburq (809,1 min ABŞ dolları), Türkiyə (271,4 min ABŞ dolları), Pakistan (261,1 min ABŞ dolları) və İsveç (187,2 min ABŞ dolları) olub.

Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 65 %-dən 64 %-ə düşüb.

Təkcə martda isə "Azərkosmos" 1,1 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə 15,4 % azdır.