“Azərkosmos”un ixrac gəlirləri 17 % azalıb

“Azərkosmos”un ixrac gəlirləri 17 % azalıb Bu ilin yanvar-fevral aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 45 ölkəyə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
İKT
3 Aprel , 2024 10:16
“Azərkosmos”un ixrac gəlirləri 17 % azalıb

Bu ilin yanvar-fevral aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 45 ölkəyə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın mart buraxılışında bildirilir.

Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6 ölkə çox və 0,6 milyon ABŞ dolları (16,7 %) azdır.

2 ay ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 %-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk 5-liyində isə 886,1 min ABŞ dolları ilə Böyük Britaniya, 650,3 min ABŞ dolları ilə Lüksemburq, 219,1 min ABŞ dolları ilə BƏƏ, 139,1 min ABŞ dolları ilə Pakistan və 135,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.

Təkcə fevralda isə “Azərkosmos” 41 ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Son xəbərlər

Orphus sistemi