Azərbaycanın planşet bazarında şirkətlərin payı açıqlanıb

İKT
  • 04 may, 2024
  • 13:30
Azərbaycanın planşet bazarında şirkətlərin payı açıqlanıb

Ötən ay Azərbaycanın planşet bazarında “Samsung”un payı 45,86 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin aprel hesabatına istinadən verdiyi məlumata görə, bu, mart ayına nisbətən 13,79 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə isə 5,57 faiz bəndi azdır.

Bununla da şirkət aprel ayı ərzində planşet bazarındakı payını 43 % artırıb.

İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı müvafiq olaraq 9,82 faiz bəndi və 1,78 faiz bəndi artaraq 33,95 %-ə çatıb.

Üçüncü pillədəki “Xiaomi”nin bazar payı müvafiq olaraq 3,52 faiz bəndi və 3,67 faiz bəndi artaraq 8,82 % olub.

Dördüncü pillədə qərarlaşan tanınmayan brendin bazar payı müvafiq olaraq 21,75 faiz bəndi və 0,58 faiz bəndi artaraq 4,67 % olub.

İlk beşliyi 1,9 %-lik bazar payı ilə “Huawei” qapayır. Onun bazar payı ötən aya nisbətən 1,09 faiz bəndi artıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,33 faiz bəndi artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti