Azərbaycanın informasiya və rabitə sektorunda orta maaş 14% artıb

İKT
  • 24 mart, 2022
  • 11:10
Azərbaycanın informasiya və rabitə sektorunda orta maaş 14% artıb

Bu ilin yanvar ayında Azərbaycanın informasiya və rabitə sektorunda orta aylıq əmək haqqı 1225 manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur.

Hesabat dövründə dövlətə məxsus rabitə müəssisələrində çalışanların orta maaşı 957 manat, özəl rabitə müəssisələrində çalışanların orta maaşı isə 1 495 manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 13,6 % və 11,3 % çoxdur.

Xatırladaq ki, 2022-ci ilin yanvar ayında ölkədə orta aylıq əmək haqqı 2021-ci ilin eyni dövrünə nisbətən 10,9% artaraq 766 manat olub.