Azərbaycanda tələbələr üçün informasiya təhlükəsizliyinin müasir üsulları tətbiq olunacaq

Azərbaycanda tələbələr üçün informasiya təhlükəsizliyinin müasir üsulları tətbiq olunacaq Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) Bakı Ali Neft Məktəbi (BANM) ilə birgə tədqiqatlar aparacaq.
İKT
13 İyun , 2024 12:41
Azərbaycanda tələbələr üçün informasiya təhlükəsizliyinin müasir üsulları tətbiq olunacaq

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) Bakı Ali Neft Məktəbi (BANM) ilə birgə tədqiqatlar aparacaq.

“Report” Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, bu, tərəflər arasında imzalan anlaşma memorandumunda öz əksini tapıb.

Memorandumda həmçinin XRİTDX tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının və praktiki ustad dərslərin keçirilməsi, tələbələr üçün informasiya təhlükəsizliyinin müasir üsullarını hazırlayıb tətbiq edilməsi, birgə tədqiqatlar və təcrübə mübadiləsi, real layihələrdə iştirak və digər məsələlər nəzərdə tutulub.

Sənədi XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və BANM-in rektoru Elmar Qasımov imzalayıblar.

Son xəbərlər

Orphus sistemi