Azərbaycanda planşetlərdə “Safari” brauzerinin payı 75 % azalıb
- 06 mart, 2025
- 16:33
Bu ilin fevral ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 78,79 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin fevral hesabatına istinadən verdiyi məlumata görə, bu, yanvar ayına nisbətən 0,46 faiz bəndi, 2024-cü ilin fevral ayı ilə müqayisədə 7,28 faiz bəndi çoxdur.
İkinci pillədəki “Safari”nin bazar payı aylıq 0,26 faiz bəndi azalaraq, illik isə 1,38 faiz bəndi artaraq 10,7 % olub.
Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı ay ərzində 0,12 %, illik müqayisədə isə 0,33 faiz bəndi azalaraq 3,82 % təşkil edib.
Dördüncü yerdəki “Opera”nın bazar payı aylıq 0,07 faiz bəndi artaraq, illik isə 2,18 faiz bəndi azalaraq 2,42 % təşkil edib.
İlk beşliyi qapadan “Yandex Browser”in bazar payı aylıq 0,19 faiz bəndi artaraq, illik isə 1,11 faiz bəndi azalaraq 1,75 % olub.
Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
“Chrome” – 81,17 % (aylıq 0,19 faiz bəndi və illik 19,34 faiz bəndi çox)
“Edge” – 6,48 % (aylıq 0,37 faiz bəndi çox və illik 1,87 faiz bəndi az)
“Opera” – 4,8 % (aylıq 0,26 faiz bəndi və illik 4,33 faiz bəndi az)
“Safari” – 2,64 % (aylıq 0,16 faiz bəndi və illik 0,42 faiz bəndi az)
“Firefox” – 2,24 % (aylıq 0,05 faiz bəndi və illik 6,16 faiz bəndi az)
Mobil cihazlarda:
“Chrome” – 77,74 % (aylıq 0,58 faiz bəndi və illik 1,69 faiz bəndi çox)
“Safari” – 13,7 % (aylıq 0,15 faiz bəndi az və illik 1,62 faiz bəndi çox)
“Samsung Internet” – 5,29 % (aylıq 0,10 faiz bəndi və illik 0,84 faiz bəndi az)
“Opera” – 1,59 % (aylıq 0,11 % çox və illik 0,94 faiz bəndi az)
“Yandex Browser” – 1,17 % (aylıq 0,43 faiz bəndi az və illik 0,45 faiz bəndi çox)
Planşetlərdə:
“Chrome” – 88,25 % (aylıq 0,92 faiz bəndi az və illik 17,87 faiz bəndi çox)
“Safari” – 5,62 % (aylıq 0,82 faiz bəndi və illik 17,08 faiz bəndi az). Beləliklə də “Safari”nin bazar payı 75 % azalıb.
“Android” – 4,27 % (aylıq 0,68 faiz bəndi çox və illik 0,82 faiz bəndi az)
“Opera” – 1,51 % (aylıq 1,13 faiz bəndi və illik 0,21 faiz bəndi çox)
“Yandex Browser” – 0,26 % (aylıq 0,14 faiz bəndi və illik 0,2 faiz bəndi az)