Azərbaycanda mobil cihazlarda “Android”in bazar payı azalmaqda davam edir
- 06 yanvar, 2025
- 12:24
Ötən ilin dekabr ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 81,29 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin dekabr hesabatına istinadən verdiyi xəbərə görə, bu, noyabr ayına nisbətən 1,33 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 2,53 faiz bəndi azdır. Beləliklə mobil cihazlarda “Android”in bazar payı ardıcıl olaraq ikinci aydır azalır.
Hesabat dövründə “İOS” əməliyyat sisteminin bazar payı noyabr ayı ilə müqayisədə 1,33 faiz bəndi, 2023-cü ilin dekabr ayına nisbətən isə 2,31 faiz bəndi artaraq 18,14 %-ə çatıb.
Dekabrda planşetlərdə "Android”in bazar payı aylıq müqayisədə 2,39 faiz bəndi, illik isə 20,87 faiz bəndi artaraq 93,25 % olub.
Həmin cihazlarda “İOS”un bazar payı 6,75 % təşkil edib ki, bu da noyabr ayına nisbətən 2,35 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 20,83 faiz bəndi azdır.