Azərbaycanda kompüterlərdə “Opera”nın payı apreldə 35 % azalıb
- 02 may, 2025
- 13:16
Bu ilin aprel ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 78,32 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin aprel hesabatına istinadən verdiyi məlumata görə, bu, mart ayına nisbətən 0,16 faiz bəndi çox, 2024-cü ilin mart ayı ilə müqayisədə 0,14 faiz bəndi azdır.
İkinci pillədəki “Safari”nin bazar payı aylıq 0,12 faiz bəndi azalaraq, illik isə 0,93 faiz bəndi azalaraq 10,76 % olub.
Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı ay ərzində 0,09 %, illik müqayisədə isə 1,27 faiz bəndi azalaraq 3,7 % təşkil edib.
Dördüncü yerdəki “Opera”nın bazar payı aylıq 0,12 faiz bəndi, illik isə 0,81 faiz bəndi azalaraq 2,27 % təşkil edib.
İlk beşliyi qapadan “Edge”nin bazar payı aylıq 0,11 faiz bəndi, illik isə 0,44 faiz bəndi artaraq 1,79 % olub.
Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
“Chrome” – 79,67 % (aylıq 0,24 faiz bəndi çox və illik 0,12 faiz bəndi az);
“Edge” – 6,76 % (aylıq 0,47 faiz bəndi və illik 1,53 faiz bəndi çox);
“Opera” – 4,32 % (aylıq 0,74 faiz bəndi və illik 2,35 faiz bəndi az). Beləliklə də “Opera”nın bazar payı 35 % azalıb;
“Safari” – 3,27 % (aylıq 0,01 faiz bəndi az və illik 0,12 faiz bəndi çox);
“Yandex Browser” – 2,78 % (aylıq 0,14 faiz bəndi və illik 0,4 faiz bəndi çox);
Mobil cihazlarda:
“Chrome” – 77,88 % (aylıq 0,14 faiz bəndi çox və illik 0,25 faiz bəndi az);
“Safari” – 13,36 % (aylıq 0,2 faiz bəndi az və illik 1,42 faiz bəndi çox);
“Samsung Internet” – 5,04 % (aylıq 0,13 faiz bəndi və illik 1,68 faiz bəndi az);
“Opera” – 1,56 % (aylıq 0,12 faiz bəndi çox və illik 0,33 faiz bəndi az);
“Yandex Browser” – 1,54 % (aylıq 0,29 faiz bəndi və illik 0,74 faiz bəndi çox);
Planşetlərdə:
“Chrome” – 75,59 % (aylıq 1 faiz bəndi az və illik 7,75 faiz bəndi çox);
“Safari” – 15,78 % (aylıq 3,71 faiz bəndi çox və illik 5,58 faiz bəndi az);
“Android” – 7,22 % (aylıq 1,07 faiz bəndi az və illik 1,05 faiz bəndi çox).
“Opera” – 0,79 % (aylıq 1,36 faiz bəndi və illik 0,06 faiz bəndi az);
“Yandex Browser” – 0,44 % (aylıq 0,26 faiz bəndi və illik 0,67 faiz bəndi az).