Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 %-dən çox artıb

İKT
  • 17 iyun, 2025
  • 16:51
Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 1 milyard 416,9 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.

Bu sahədə əldə edilmiş gəlirin 83,2 %-i qeyri-dövlət sektorunun payına düşüb, 74,3 %-i isə əhali sektoruna aid olub.

Təkcə mayda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 294,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,1 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.