Azərbaycanda informasiya və rabitə xidmətindən gəlirlər 6 % artıb

İKT
  • 16 noyabr, 2021
  • 05:48
Azərbaycanda informasiya və rabitə xidmətindən gəlirlər 6 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı informasiya və rabitə müəssisələri 1 901,6 milyon manatlıq xidmət göstərib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.

On aylıq xidmətin 75,6 %-i əhali sektoruna aid olub, 81,1 %-i qeyri-dövlət sektorunun payına düşüb.