Azərbaycanda "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlanıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi Azərbaycanda "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlayıb.
İKT
30 Sentyabr , 2024 12:47
Azərbaycanda Elektron kommunikasiya haqqında yeni qanun layihəsi hazırlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi Azərbaycanda "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlayıb.

"Report" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.

"Sənəd müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsindədir, tam hazır olduqdan sonra aidiyyəti üzrə təqdim ediləcək. Yeni qanun internetin sürətinə və qiymətinə nəzarətin artırılması, telekommunikasiya sahəsində fəaliyyətə başlamaq istəyən sahibkarlara dəstək verilməsi ilə bağlı məsələləri özündə ehtiva edir", - deyə o qeyd edib.

"Yeni qanunda internetin keyfiyyəti ilə bağlı standartların tətbiq edilməsi də var. Hazırda fəaliyyətin təşkili ilə bağlı konkret standartlar işlənilir. Dünyamız dəyişir, şəbəkə dayanıqlılığına, informasiya təhlükəsizliyinə daha çox üstünlük verilir. Bununla bağlı bizim tələblərimiz də artır. Bundan sonra provayder və operatorlar məcbur olacaqlar ki, şəbəkə dayanıqlılığı və informasiya təhlükəsizliyi ilə bağlı konkret tələbləri icra etsinlər. Tələblər icra edilməsə onlara qarşı sanksiyalar tətbiq ediləcək", - deyə N.Mərdanov əlavə edib.

Son xəbərlər

Orphus sistemi