Azərbaycan Mozambikdən avokado alışını bərpa edib

İKT
  • 31 iyul, 2023
  • 11:04
Azərbaycan Mozambikdən avokado alışını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 599,5 min ABŞ dolları dəyərində 203 ton avokado (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 68,3 %, kəmiyyət olaraq – 34,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Perudan 161,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 dəfə çoxdur) 48 ton (+2,4 dəfə), Keniyadan 143 min ABŞ dolları dəyərində (+8 dəfə) 47,21 ton (+7,7 dəfə), Cənubi Afrikadan 101 min ABŞ dolları dəyərində (+58 %) 33 ton (+50 %), Türkiyədən 71,1 min ABŞ dolları dəyərində (-38 %) 47,4 ton (-39 %), Lüksemburqdan 41,83 min ABŞ dolları dəyərində (+20 %) 5,7 ton (-3 %) meyvə alıb.

Azərbaycan 4 il 4 aylıq fasilənin ardından Mozambikdən (3,5 min ABŞ dolları dəyərində 0,7 ton) avokado tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 392 ton avokadonun 51 %-i Türkiyənin, 15,4 %-i Keniyanın, 12 %-i Perunun payına düşüb.

44 filmi