Azərbaycan daha bir ölkədən smartfon tədarük etməyə başlayıb
- 24 fevral, 2025
- 13:08
Ötən il Azərbaycan 440 milyon ABŞ dolları dəyərində 1 509 802 ədəd smartfon idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 19 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 336,74 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 40 % çoxdur) 1 200 754 ədəd (+30 %), Vyetnamdan 78,8 milyon ABŞ dolları dəyərində (+15 %) 229 799 ədəd (-14 %), Hindistandan 19,8 milyon ABŞ dolları dəyərində (-10 %) 74 658 ədəd (+0,2 %), Amerika Birləşmiş Ştatlarından 3,7 milyon ABŞ dolları dəyərində (+52 %) 3 225 ədəd (+58 %), Yaponiyadan 339,2 min ABŞ dolları dəyərində (+3 dəfə) 321 ədəd (+3 dəfə) cihaz alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərdən tədarük (5,3 min ABŞ dolları dəyərində 6 ədəd) həyata keçirilib.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 1,3 milyon ədəd smartfonun 72,8 %-i Çinin payına düşüb.