Azərbaycan Avstriyadan smartfon idxalını bərpa edib
- 06 noyabr, 2024
- 11:47
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 251,7 milyon ABŞ dolları dəyərində 904 min 782 ədəd smartfon idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 186,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % çoxdur) 702 min 814 ədəd (+26,5 %), Vyetnamdan 48,9 milyon ABŞ dolları dəyərində (+2 %) 142 min 934 ədəd (-25 %), Hindistandan 12,8 milyon ABŞ dolları dəyərində (-25 %) 55 min 301 ədəd (-1 %), Amerika Birləşmiş Ştatlarından 3 milyon ABŞ dolları dəyərində (+17 dəfə) 2 min 636 ədəd (+14 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən 180 min ABŞ dolları dəyərində (+5 dəfə) 375 ədəd (+9 dəfə) cihaz alıb.
Azərbaycan 9 il 6 aylıq fasilənin ardından Avstriyadan (4,4 min ABŞ dolları dəyərində 5 ədəd) smartfon tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 1,27 milyon ədəd smartfonun 72,8 %-i Çinin payına düşüb.