Azərbaycanın əsas tədarük bazarından smartfon alışı 50 % bahalaşıb

İKT
  • 08 avqust, 2023
  • 09:45
Azərbaycanın əsas tədarük bazarından smartfon alışı 50 % bahalaşıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 117,41 milyon ABŞ dolları dəyərində 433 min 683 ədəd smartfon gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 % çoxdur, kəmiyyət olaraq – 7 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 79,932 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 % çoxdur) 300 min 411 ədəd (+11 %), Vyetnamdan 28,22 milyon ABŞ dolları dəyərində (+4 %) 105 min 851 ədəd (-27 %), Hindistandan 9 milyon ABŞ dolları dəyərində (-21 %) 27 min ədəd (-48 %), Çexiyadan 113,5 min ABŞ dolları dəyərində 122 ədəd (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 68,94 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 81 ədəd (+5,8 dəfə) cihaz alıb.

2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilmiş 1 milyon 144 min ədəd smartfonun 59,3 %-i Çinin payına düşüb.