Azərbaycan ABŞ-dan fiber-optik kabel idxalını 169 dəfə artırıb
- 10 may, 2023
- 11:52
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 2,1 milyon ABŞ dolları dəyərində 379,3 ton fiber-optik kabel idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 53,5 %, kəmiyyət olaraq – 60,3 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 728,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % azdır) 114 ton (-53,7 %), Çindən 719,2 min ABŞ dolları dəyərində (-55,3 %) 166 ton (-57 %), Rusiyadan 315,3 min ABŞ dolları dəyərində (-70,4 %) 59,2 ton (-70,8 %), Belarusdan 210,3 min ABŞ dolları dəyərində (-39,7 %) 38,6 ton (-48,7 %), Amerika Birləşmiş Ştatlarından 78,84 min ABŞ dolları dəyərində (+11,3 dəfə) 1,69 ton (+169 dəfə) kabel alıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (30 ölkədən) idxal edilən 21,834 milyon ABŞ dollarlıq fiber-optik kabelin 36,3 %-i Rusiyanın, 30,7 %-i Çinin, 15,3 %-i Türkiyənin payına düşüb.