“Apple” Hindistanda ən son smartfonlar istehsal edəcək

“Apple” Hindistanda ən son smartfonlar istehsal edəcək ABŞ-ın yüksək texnologiyalar şirkəti “Apple” Hindistanda “iPhone 14” smartfonlarını istehsal etməyi planlaşdırır. Bu isə sonuncunun Çinlə texnologiya fərqinin azaldığını nümayiş etdirir.
İKT
23 Avqust , 2022 20:24
“Apple” Hindistanda ən son smartfonlar istehsal edəcək

ABŞ-ın yüksək texnologiyalar şirkəti “Apple” Hindistanda “iPhone 14” smartfonlarını istehsal etməyi planlaşdırır. Bu isə sonuncunun Çinlə texnologiya fərqinin azaldığını nümayiş etdirir.

Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, korporasiya “iPhone”larının əksəriyyətini uzun müddətdir Çində istehsal edirdi, lakin ABŞ və Çin hökumətləri arasında yaranan problemlərə görə alternativlər axtarır. Şirkətin qərarına, həmçinin Çinin bəzi bölgələrində koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar iqtisadi fəaliyyətin pozulması risklərinin artması da təsir göstərib.

Şirkət Hindistanda istehsalı artırmaq və yeni “iPhone” istehsalındakı gecikməni 6-9 aya qədər endirmək üçün təchizatçılarla işləyir.

“TF International Securities”in analitikləri “Apple”ın növbəti “iPhone” modelini hər iki ölkədən eyni vaxtda tədarük edəcəyini gözlədiklərini və bunun şirkətə tədarük zəncirini şaxələndirməyə imkan verəcəyini söyləyiblər.

Əsas “iPhone” istehsalçısı olan “Foxconn Technology Group” şirkəti Çindən komponentlərin çatdırılması və “iPhone 14” cihazının Hindistanın cənubundakı Çennai yaxınlığındakı fabrikdə yığılması prosesini araşdırıb.

Şirkətin ən son smartfonlarının satışına sentyabrın 16-da başlayacağı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi